Videokadrlarda görəcəyiniz hadisə oktyabrın 7-də baş verib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, fəzadakı Beynəlxalq kosmik stansiyada növbə çəkən ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) bort mühəndisi Reyd Uayzman və Avropa Kosmik Agentliyindən Aleksandr Gerst elektrik problemlərini aradan qaldırmaq üçün açıq fəzaya çıxıblar.
NASA-nın ötən həftə YouTube-a yüklədiyi videoda yadplanetlilərin hava gəmisini kosmonavtların arxasında cəmi bir neçə saniyəlik, kamera başqa bucağı çəkənədək izləmək olar.
Bəziləri yadplanetlilərin hava gəmisinin görünməsini belə izah edirlər ki, bu, əslində Yerdən Beynəlxalq kosmik stansiyaya (BKS) uçan gəmilərdən biri ola bilər.
Lakin Space X Dragon aparatı BKS-ə sentyabrın 23-də, Soyuz TMA 14M isə sentyabrın 25-də yaxınlaşıb.
Digərləri isə düşünürlər ki, bu, əslində heç bir yadplanetli gəmisi yox, sadəcə BKS-in bortundan əks olunan işıq ləkəsidir.
Lakin müşahidəçilər bildirirlər ki, naməlum uçan obyekt görünərkən kosmonavtların yaxınlığında güclü işıq mənbəyi olmayıb.
Qeydə alınmış görüntüləri təqdim edirik.