Rusiyalı kosmonavt İvan Vaqner Antarktida üzərində “taymleps” çəkiliş edərkən təsadüfən beş işıqlı bir obyekt görüb.
Onun çəkdiyi görüntüləri “Daily Storm” “Telegram” kanalı yayımlayıb.
Naməlum və sirli varlıq videonun 10-11-ci saniyəsində görünür.
Vaqner vurğulayıb ki, kadrlarda işıqlar ani görünsə də, reallıqda onları haradasa bir dəqiqə müşahidə edib.