Salvadorda hökümət küçə qruplaşmalarına qarşı əsl müharibə aparır. 30 il vətandaş müharibəsindən sonra bu ölkə çox acınacaqlı statiskaya malikdir - hər 100 min nəfərə düşən qətl sayına görə Salvador dünyada birinci yerdədir (hər 100 min nəfərə 68,6).
2012-ci ildə hökümət canilərlə ilə bacarmadığını görüb, onlarla müqavilə bağladı. Cinayətlərin sayı azaldı, lakin quldurlar vaxt qazanaraq daha da gücləndilər. İki il sonra hakimiyyətə gələn keçmiş partizan Salvador Sançes Seren canilərə qarşı geniş miqyaslı əməliyyata başladı.
Oxu.Az Associated Press-in fotoqrafı Manu Brabonun hazırladığı fotoreportajı təqdim edir: