Yeməklərdə, salatlarda, çayda, hətta maskalarda istifadə etdiyimiz limon insan sağlığına olan faydaları ilə bir növ dərmandır.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, orta əsrlərdən bu yana sınqa xəstəliyindən qorunmaq üçün limondan istifadə edirlər.
Əvvəllər insanlar bu sarı möcüzədən müxtəlif zəhərlərə qarşı dərman kimi yararlanırdılar. Eyni zamanda böcəklərə qarşı da bir vasitə kimi istifadə olunan limon tam bir təbiət möcüzəsidir.
Limon boğaz ağrılarına da birbaşa kömək edir.
Bir stəkan isti suyun içərisinə limon suyu və bal qarşdırıb, bir az soyumasını gözləyin. Qısa müddətdə boğaz ağrılarından xilas ola bilərsiz.
Limon suyunu maska kimi də istifadə edə bilərsiniz.
Limon suyunu yenə ballı su ilə qarışdırıb üzünüzdə istədiyiniz yerə sürtün və durulamadan əvvəl ən az yarım saat gözləyin. Bunu hər gün 2 dəfə istifadə etməklə nəticəni qısa zamanda görə bilərsiniz.