İtalyan rəssam Luidci Benediçenti (Luigi Benedicenti) rəsmlərində yeməkləri təsvir edir. Əslində nə olsun? sualını verə bilərsiz, çünki çoxları çəkir.
Amma deyəsən bu italyanın ərzaqlara xüsusi marağı var. Çünki çəkdiyi rəsmlərə baxanda onalrın canlı deyil sadəcə təsvir olduğuna inamaq olmur.
Luidci 1948-ci ildə İtaliyanın Kyeri şəhərində dünyaya gəlib, Turində təsviri sənəti öyrənib. Məhz elə orada hipperrealizmin banilərindən olub.
Bir çox məşhur insanlar kimi o da yaradıcılığının başlanğıcında məşhur olmayıb.
1990-cı ildə anidən şöhrət qazanır və onun əsərləri beynəlxalq sərgilərdə göstərilir.
Moruq və tortlardan başqa heç nə çəkə bilmədiyini düşünməsinlər deyə Luidci öz rəsmlərində insanları da təsvir edir. Rəsmlər o qədər realistik olur ki, onların canlı olmadığına inanmaq çətindir.
Oxu.Az viv.ru-ya istinadən Luidci Benediçentinin əsərlərini sizə təqdim edir.