Bazarda həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiyməti artıb. Bununla yanaşı, son vaxtlar alıcı qıtlığı yaranıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar deyir ki, Aİ-92 markalı yanacağın qiyməti qalxandan sonra dizellə işləyən avtomobillərə tələbat çoxaldığından onların qiyməti artıb. Benzinlə işləyən nəqliyyat vasitələri çox alınmadığından qiymətin ucuzlaşacağı gözlənilsə də, əksi müşahidə olunub. Bu avtomobillərin də qiyməti bahalaşıb.
Qiymət artımı həm xarici, həm də Rusiya istehsalı olan avtomobillərdə özünü göstərir.
Satıcılar benzinlə işləyən avtomobillərin qiymətinin qalxmasını müxtəlif səbəblərlə izah edirlər.
Satıcıların sözlərinə görə, qiymətdə yenidən artım və ya azalmanın olub-olmayacağı qarşıdakı həftələrdə bilinəcək.
A.M.