“Maykl Cekson” ləqəbli timsah-albinos Adelaida (Avstraliya) çayında bazar ertəsi günorta saatlarında balıqçının ölümünə səbəb olub.
Oxu.Az The Daily Mail-a istinadən xəbər verir ki, 57 yaşlı kişi, yerli sakinlərin “Maykl Cekson” adlandırdıqları nəhəng timsahın hücumuna məruz qalıb.
Kişi çayda balıq tutarkən, timsah onu suya sürükləyib. Hücum nəticəsində balıqçı vəfat edib.
Polis və xilasedicilər ikinci gün 4,5 metr uzunluğu olan timsahı tutub öldürməyə müvəffəq olublar. Vəfat edən balıqçının cəsədi çaydan tapılıb.
Hadisənin şahidi olan balıqçının həyat yoldaşı dərin şok vəziyyətində xəstəxanaya çatdırılıb.
Adelaida çayı “Timsah turları” ilə məşhurdur, bu zaman turistləri əyləndirmək məqsədi ilə timsahları qıcıqlandırmaq üçün qayığa iplə ərzaq bağlanır və qayıq çayda hərəkət edir.
Yerli sakinlərin sözlərinə görə “timsahlar yalnız üç şeyi bacarır – qidalanır, artır və hücum edir. Əgər təhlükəsizliyinizin qeydinə qalmasaz onların naharına çevriləcəksiz”.