Sibirdə mənfi 50 dərəcə şaxtada yaşayan insanların həyatı görüntülənib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, britanyalı fotoqraf Bryan Aleksandr tərəfindən çəkilən fotolar tayfaların düşərgələrdəki həyatı, ənənəvi geyimləri, ovçuluq və balıqçılıq fəaliyyətlərini əks etdirir. Fotoqrafın şəkillərində ətrafda gəzən 1000-dən çox maraldan ibarət sürü də əks olunub.
Qrelandiyanın şimalında Inuit adlı bir tayfanın düşərgəsində 4 ay vaxt keçirən Aleksander o gündən bəri arktik bölgələrdəki xalqların fotolarını çəkir. Bryan Aleksanderin sözlərinə görə, bu bölgələrdə yerli xalqlara mənsub insanların sayı gedərək azalır.
Ancaq Sibirdə yaşayan bu az saydakı topluluq ənənəvi həyat formasını həm mədəni, həm də iqtisadi olaraq davam etdirir.
www.oxu.az