Almaniyanın Bilefeld şəhərində Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Bilefeld şəhər bələdiyyəsinə müraciət edilib:
“Bələdiyyə müraciətə müsbət cavab verib”.
Xanım T.Tağıyeva ümid edir ki, Xocalı abidəsi yaxın vaxtlarda ucaldılacaq.(Trend)