Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türk gənclərini Taksim meydanında kütləvi aksiyanın ildönümü çağırışına qoşulmamağa səsləyib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, o, bu gün keçirilməsi şənbə gününə planlanmış aksiya ərəfəsində bəyanatla çıxış edib.
Gezi parkının rekonstruksiya planı ilə əlaqədar olaraq etirazlar sonradan dövlət əleyhinə kütləvi çıxışlara, sonra isə polislə münaqişəyə çevrilmişdi.
İğtişaş nəticəsində bir neçə nəfər vəfat etdi, minlərlə insan yaralandı.
Beşinci gün dekabrda keçirilən aksiyaların dağıdılması zamanı gözyaşardıcı qazın təsirindən komaya düşmüş 64 yaşlı qadın vəfat edib.
Aksiyaların əsas təşkilatçısı “Taksim birliyi” hərəkatıdır, bu birlik aksiyaların ildönümünü izdihamlı mitinqlə qeyd etməyə çağırıb.
Etiraz aksiyasının Türkiyənin paytaxtı Ankara da daxil olmaqla, başqa şəhərlərində də keçirilməsi gözlənilir.
Ərdoğan gənclərə müraciət edərək deyib:
“Bir il keçdikdən sonra insanlar nümayişə çıxmağa çağırırlar, amma sən, türk gənci, bu çağırışa cavab verməyəcəksən”.
Bir qrup gəncin qarşısında çıxış edərkən o, hərəkatı “gənclərin mənəvi və maddi zəifliyindən istifadə edərək birliyimizə və iqtisadiyyatımıza zərbə vurmağa çalışan” “terrorçu təşkilat” adlandırıb.
Hakimiyyət ciddi təhlükəsizlik tədbirləri həyata keçirəcək, amma may ayının 1-də olduğu kimi meydanı tam bağlamayıb.