Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Milyonda bir: Qaradərili qadın ağ uşaq dünyaya gətirib – FOTO
32 yaşlı Nigeriya əsilli Ketrin Hovardın dünyaya ağ uşaq gətirmə ehtimalı milyonda birə bərabər idi.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, qadın ilk dəfə yeni doğulan körpəsi İonu görəndə qayğılanıb.
Üç aylıq ağ dərili, yaşıl gözlü, şabalıdı saçlı körpə İonanın qaradərili qadın tərəfindən dünyaya gətirilməsini nəzərə almasaq, digər yaşıdlarından heç nə ilə fərqlənmir.
Ketrin deyir ki, doğuşu qəbul edən akuşer də heyrətlənib. “O, əvvəlcə mənə baxdı, sonra İonaya, sonra yenə də mənə baxdı. Nə olduğunu anlaya bilmirdi”, - deyə qadın bildirib.
Bəzi uşaqların doğulduqdan bir neçə həftə sonra dəriləri tündləşir, amma İona doğulduqda necə ağdərili idisə elə də qalıb.
“Mənim valideynlərim əslən Nigeriyadandırlar”, - Ketrin deyib, “Mənə dedilər ki, nəsildə resessiv gen olmalıdır, amma mənim əcdadlarımın hamısı qaradərili olub”.
Uşağın atası Riçard da öz övladını gördükdə həyat yoldaşından az heyrətlənməyib.
Həkimlərin qeyd etdiyi kimi bu hadisə nadir haldır.
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada neft boru kəmərində güclü partlayış baş verib
- Nigeriyada ağır qəza: Onlarla ölü və yaralı var
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
- Vaşinqtona uçan təyyarə təcili eniş etdi: 40-a yaxın şəxs xəsarət aldı
- Nigeriyada dəhşətli cinayət: Ruhani müğənninin çantasında gənc qızın kəsilmiş başı tapıldı