Rusiyanın Moskva şəhərində sürücünün avtomobili yüksək sürətlə sürərkən çəkdiyi video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, naməlum sürücü “Mercedes AMG” markalı avtomobili ilə Moskva Dairəvi Avtomobil yolunda axşam saatlarında sürət yarışına çıxıb və saatda 320 kilometr sürət yığıb.
Həmin sürücü avtomobilin salonundakı videoqeydiyyatla bu anları çəkib və kadrları “Instagram”da yerləşdirib. Bu haqda REN TV bildirib.
İ.N