Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəlinə aid, Avropa istehsalı olan ov tüfəngi daxil edilib.
Muzeydən Oxu.Az-a bildiriblər ki, tüfəngin lüləsi dəmirdir, səkkiztillidir. Üzərində nəbati naxışları var.
Lülənin üzərində “1919” il tarixi qeyd olunub. Tüfəngin bərpa işi muzeyin laboratoriyasında bərpaçı rəssamı Tural Nəbiyev tərəfindən həyata keçirilib.
Hazırda tüfəng muzeyin silahlar və bayraqlar fondunda saxlanılır.
A.S.
www.oxu.az