Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Oğlan iPhone 6 üçün sevgilisini 1 manata satışa çıxardı – FOTO
Çində baş vermiş iki hadisə dünyada iPhone 6 çılğınlığını bir daha tam şəkildə göstərdi.
Oxu.Az xəbər verir ki, baş vermiş hadisələrdən birincisi Çinin Liuzhou şəhərində yaşanıb.
Dostlarının çılpaq qaçacağı halda iPhone 6 hədiyyə alacağı ilə bəhsə girən bir qadının fotoları qısa bir zamanda sosial şəbəkələrdə yerləşdirildi.
İkinci hadisə isə Şanxayda baş verib. Songjiang Universitetində oxuyan bir gənc arzuladığı iPhone 6-nı almaq üçün sevgilisini kirayəyə çıxardı.
Tələbə yataqxanasında elan asan gənc, qiymət cədvəlini belə göstərdi:
Saatı 10 yuan (təxminən 1 manat 20 qəpik)
Günü 50 yuan (təxminən 6 manat)
Aylıq paket 500 yuan (təxminən 63 manat)
Lakin gənc oğlan bəzi qaydalar da yazıb: Bərabər qidalanmaq, dərs hazırlamaq, oyun oynamaq olar. Hesablar alman üsulu ilə ödənir. Cinsi əlaqə olmayacaq”.
Çinli tələbə kirayəyə çıxardığı sevgilisinin bədən ölçüləri, boyu və sair barədə məlumat da verib.