Hər bir cütlük üçün toya hazırlıq hər zaman gərgin bir mərhələdir, üstəlik əgər onlar yüzilliklər boyu mövcud olan və dəyişməyən dini ənənələrə riayət etməlidirlərsə bu gərginlik daha da artır.
Oxu.Az The Daily Mail-ə istinadən bildirir ki, yəhudi-gəlin Rebekka Hanna və onun nişanlısı Aaron Kruz İerusailmdə keçirilən toy mərasimində Haredim dini cəmiyyətin bütün ənənələrini yerinə yetiriblər.
Yəhudi toyu iki hissədən ibarət olur – nişan mərasimi və toy mərasimi. Nişanda bəy gəlinə üzük verir və bu andan başlayaraq ona başqa kişilərlə danışmaq qadağan edilir.
Bütün kişi qonaqlar ənənəvi qara geyimdə və şlyapada olmalıdırlar.
Mərasimdə kişilər və qadınlar bir yerdə oturmurlar – qadınlar toyu ağ, şəffaf pərdə arxasından izləyirlər.
Haredim cəmiyyətinin qanunlarına görə hətta evli cütlüklər belə cəmiyyət arasında bərabər otura bilməzlər.
Bəy və gəlin toyun böyük bir hissəsini ayrı otururlar.
Yəhudi gəlinin toy paltarı da ənənələrə uyğundur – belə paltarı 18-19-cu əsrdə onun əcdadları geyib.
Oxuculara ultraortodoksal yəhudi toyundan fotoları təqdim edirik:
Aliyə İsmayılzadə
www.oxu.az