Xəbər verdiyimiz kimi dünyaca məşhur bəstəkar-müğənni Emin “Amor” adlı albomun təqdimetmə mərasimi çərçivəsində ən reytinqli səhər şousu olan “Today” (“Bu gün”) verilişində çıxış edib.
Oxu.Az xəbər verir ki, birbaşa yayım Soçi Qış Olimpiya oyunlarından nümayiş olunub.
Müsahibə zamanı əcnəbi jurnalistlər Eminin həyat və yaradcılığından söz açıb. Onlar Emini “Rusiyanın Riki Martini” adlandırıblar. Bəstəkar-müğənni Soçi Qış Olimpiya oyunlarının iştirakçılarına uğurlar arzulayaraq yeni albomundan mahnılarını ifa edib.
Aytən Sadıqzadə
www.oxu.az