Dünya şöhrətli bəstəkar-müğənni Eminin “Amor” adlı yeni albomu dünyanın bütün iTunes-lərində və Amazonda yerləşdirilib. Beynəlxalq satışın ilk günündən hit Justin Timberlake, Britney Spears və Lady Gaganın albomları ilə eyni səviyyədə “Hot Pick”-ə daxil olub.
Oxu.Az xəbər verir ki, Emin fevralın 18-i albomun təqdimetmə mərasimi çərçivəsində NBC telekanalında canlı yayımlanan ən reytinqli səhər şousu olan “Today” (“Bu gün”) verilişində çıxış edəcək.
Birbaşa yayım Soçi Qış Olimpiya oyunlarından Nyu-York vaxtilə saat 8.00-da, Moskva vaxtı ilə saat 17.00-da başlayacaq. Bundan sonra Emin Amerika, Böyük Britaniya, Braziliya və Cənub-Şərqi Asiya turuna çıxacaq.
Eminin 3-cü beynəlxalq “Amor” adlı albomu Rusiyanın iTunes-ində ən çox satılan ikinci albom olaraq Top100-də yer alıb.
Nyu-yorkda yazılan alboma 12 mahnı və Eminin canlı konserti daxildir. Treklərin əksəriyyətini Emin DeeTown Entertainmentin müəllifləri və Böyük Britaniyadan olan “One Direction” qrupunun dünya şöhrətli sinqıllarını yazan hitmeykerlər Paul Barry və Jamie Scott bərabər hazırlayıb.
Albomun prodüserliyini “Qremmi” mükafatlı prodüser Tony Maseratinin iştirakı ilə American Music Award Ali Dee Theodore edib. Albomda eyni zamanda, görkəmli gitaraçı Joe Bonamassa ilə birlikdə lentə alınmış trek də yerləşdirilib.
Aytən Sadıqzadə
www.oxu.az