Nepalın ucqar rayonunun 68 yaşlı sakini Durqa Kami orta təhsilini başa vurmaq qərarına gəlib, bu məqsədlə də o, yerli məktəbin şagirdi olub.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, həyat yoldaşını itirən təqaüdçü həyatında yaranan boşluğu gündəlik dərslərlə doldurmağa çalışır.
O, çox həvəslə lövhə qarşısına çıxır.