Braziliyada Amazon çayı hövzəsində yaşayan piranya balıqlarının uzunluğu 80 sm-ə çəkisi isə 1 kq çatır.
Oxu.Az xəbər verir ki, yaşlı piranya gümüşü-zeytun rəngli, bənövşəyi yaxud qırmızı çalarlı bir balıqdır.
Onun quyruq üzgəcinin kənarları ilə qara xətt keçir.
Yırtıcı balıqlar növündən olan piranyanın aşağı çənəsinin forması və dişlərinini düzülüşü ovdan böyük ət parçalarını qoparmağa imkan verir.
Balığın adı quarani dilində “Pira” – balıq və “ania” – qəzəbli” sözlərindən yaranıb.
Braziliyada piranyanın necə ov etdiyini əks etdirən görüntüləri təqdim edirik.