Kazanda (Tatarıstan) yanmış “Admiral” ticarət mərkəzinin əsas icraçısı, “Zarya” firmasının rəhbəri Hüseyn Qəhrəmanov öz günahını etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kazan Sovetski rayon məhkəməsinin nümayəndəsinə istinadən RİA Novosti xəbər yayıb.
“Qəhrəmanov həbs qətiimkan tədbirindən şikayət etsə də, məhkəmə onu həbsdə saxlayıb. Qəhrəmanov günahını etiraf etdiyini bildirib”, - deyə, məhkəmədən qeyd ediblər.
Xatırladaq ki, bundan əvvəl Qəhrəmanovun barəsində 2 aylıq həbs qərarı çıxarılmışdı.