Bu yaxınlarda asayiş keşikçiləri Dedovsk şəhərinin (Moskva vilayətinin İstrinsk rayonu) 66 yaşlı sakinindən Böyük Vətən müharibəsi dövrünə aid silah arsenalını müsadirə ediblər. Pensiyaçı “Walther P38” tapançasından pulemyota qədər müxtəlif silah növünə sahib idi. Onun sözlərinə görə, bu silahları adi bazardan alıb.
Bu həcmdə sursat ilə polislər nadir hallarda, amma əldəqayırma silahların mümkün variantları ilə tez-tez rastlaşırlar.
Oxu.Az Lenta.ru-ya istinadən polislər tərəfindən müsadirə olunmuş qeyri-adi kustar silahların fotolarını təqdim edir.

Əldəqayırma tapança
Foto: 22. RF DİN
2014-cü ilin martında Altay vilayətinin Krutixinsk rayonunun polisləri 43 yaşlı yerli sakindən üç tapança və bir tüfəngdən ibarət sursat müsadirə ediblər.

Əldəqayırma tapança
Foto: 22. RF DİN
Silah Altay vilayətinin Krutixinsk sakinindən müsadirə edilib.

Əldəqayırma silah
Foto: 22. RF DİN
Silah Altay vilayətinin Krutixinsk sakinindən müsadirə edilib.

5,6 millimetr kalibrli patronlu odlu silah
Foto: RF DİN
2015-ci ilin oktyabr ayında Koçkovatskaya stansiyasında (Omsk vilayəti) 37 yaşlı kişinin əşyalarına baxış zamanı qəribə əldəqayırma əşya aşkar edilib. Ekspertiza bunun 5,6 kalibrli patronların atəşi üçün yararlı olduğunu göstərib.

9 mm kalibirli patronlar üçün əldəqayırma tapança
Foto: RF DİN
2015-ci ilin may ayında Novı Roqaçik qəsəbəsində (Volqoqrad vilayəti) cinayət-axtarış şöbəsinin əməkdaşları 24 yaşlı yerli sakini saxlayıblar, ondan 9 mm kalibrli tapança müsadirə ediblər.

Qələm şəkilli atəş edən əldəqayırma qurğu
Foto: RF DİN
2014-cü ilin yanvar ayında Voronejdə hüquq-mühafizə orqanı əməkdaşları silah, sursat və partlayıcıların hazırlanması və satışı ilə məşğul olan yaş həddi 40-65 arası dörd kişini saxlayıb.

5,6 mm kalibrli patronlar üçün revolver
Foto: RF DİN
2016-cı ilin noyabrında Arxangleskoe (Stavropol vilayəti) kəndinin 55 yaşlı sakinindən 5,6 mm kalibrli patron üçün əldəqayırma revolver müsadirə ediblər.
Əldəqayırma tapança-pulemyot
Foto: RF DİN
2012-ci ilin sentyabr ayında polislər Udobnaya stansiyasında (Krasnodar vilayəti) silah aşkar ediblər: tapança, avtomat, karabin və pulemyot üçün 171 patron, iki qutu barıt, kustar üsulla hazırlanmış revolver və əldəqayırma tapança-pulemyot.

5,6 mm patron üçün kəsik lüləli əldəqayırma tapança
Foto: RF DİN
2013-cü ilin iyul ayında İqna çayı sahilində balıq tutan Zima şəhərinin (İrkustsk) iki 50 yaşlı sakini, bağlama tapıblar. Bağlamada 16 kalibrli tüfəng və əldəqayırma tapança olub.

Əldəqayırma odlu silah
Foto: RF DİN
2013-cü ilin aprelində İrkutsk polisləri Kuybışev adına yerli zavodun poladəritmə sobasında 1800 ədəd silahın məhv edilməsi barədə hesabat veriblər.

Əldəqayırma odlu silah
Foto: RF DİN
İrkutskda məhv edilmiş kustar silahlardan biri.

Əldəqayırma odlu silah
Foto: RF DİN
2017-ci ilin yanvar ayının 24-də Mordoviya respublikasının Atyaşev rayonunun polisləri işsiz yerli sakini saxlayıblar, yoxlama zamanı şübhəli əşya aşkar edilib, ekspertlər bunun əldəqayırma odlu silah olduğunu müəyyən ediblər.
Gülləatan qurğu
Foto: RF DİN
2015-ci ilin noyabr ayında Krımın Beloqorod rayon polisləri məhkəmənin qərarı ilə 55 yaşlı sakinin evində axtarış aparıblar. Asayiş keşikçiləri ev yiyəsindən metal boru və ağac parçasındna hazırlanmış əldəqayırma silah müsadirə ediblər.

5,6 mm diametrli lüləsi olan əldəqayırma tapança
Foto: RF DİN
2015-ci ilin iyun ayında Zlatoust şəhərində (Çelyabinsk vilayəti) polislər əməliyyat-axtarış tədbirləri zamanı 19 yaşlı sakinin şkafından birlüləli əldəqayırma tapança aşkar ediblər.
S.S.
www.oxu.az