Alman zooparkı Ştutqartda ağ ayı zooparka gələnlərdən birinin çantasını və gödəkçəsini yeyib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, 25 yaşlı Anton ləqəbli ağ ayı fevral ayının 9-da ölüb. Bu hadisədən bir müddət öncə zoopark işçiləri heyvanın özünü qəribə apardığını görüblər. O, tikələnmiş parça qaytaranda veterinar həyəcan təbili çalıb. Az keçmədən ayı çanta və gödəkçə qalıqlarını qaytarmağa başlayıb, buna baxmayaraq heyvanı xilas etmək mümkün olmayıb.
Zooparkın işçiləri hesab edir ki, çantada ayını cəlb edən çox dadlı nə isə olub. Əşyaların onun əlinə necə keçdiyi haqda isə heç kəsin bir fikri yoxdur.
Veterinar, Tobias Knauf-Vitsent zooparka gələnlərdən əşyalarının heyvanlara aid sahəyə düşdüyündə dərhal xəbər vermələrini istəyib.
“Əgər işin nə yerdə olduğunu əvvəldən bilsəydik, Antonu xilas edə bilərdik”- deyə veterinar bildirib. Onun sözlərinə görə, ayı hələ 10-15 il də yaşaya bilərdi.
Yarma göstərib ki, onun ölümünə səbəb daxili orqanlarının zədələnməsidir.
Bu Şturqart zooparkının kənar əşyalardan xəsarət alaraq ölən ilk sakini deyil. Bir neçə il bundan əvvəl Eqon ləqəbli hipopatam tennis topunu udduğu üçün, Çarli ləqəbli dəniz fili əlinə keçən oyuncaq ayını yediyi üçün ölüb.