İtaliyalı rəssam Umberto Romanonun 1937-ci ildə çəkdiyi "Cənab Pinçon və Sprinqfild qəsəbəsi" adlı freskanın üzərində "iPhone" aşkar edilib.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, hindu freskanın sağ tərəfində əyləşib və onun əlində "iPhone"u xatırladan cihaz var. Rəssamın nə çəkdiyi tam aydın deyil. Variantlar arasında güzgü, ülgüc və dualar kitabı var.
Sosial şəbəkə istifadəçiləri yarızarafat-yarıciddi hindunun "Twitter"də yazışdığını söyləyib. Şərh yazanların biri hindunun əlində "Samsung Galaxy S" olduğunu deyib.
Freskanın özünə gəldikdə, rəsmdə XVII əsrdə ABŞ-a köç edən ingilislərlə yerli qəbilələr arasındakı müharibənin real görüntüləri həkk olunub. Hazırda freska Massaçusets ştatının muzeyində saxlanılır.
İ.F.