“Sivasspor”lu futbolçular 42 yaşı olan baş məşqçi Roberto Karlosa Braziliyasayağı doğum günü təşkil ediblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən gün 42 yaşı olan “Sivasspor”un baş məşqçisi Roberto Karlos doğum gününü futbolçularla birlikdə qeyd edib.
Türkiyə Super Liqası oyunları çərçivəsində “Sivasspor” həftə sonu “Qalatasaray”la qaşılaşacaq. Matça ciddi hazırlaşan Sivas təmsilçiləri məşqdən sonra baş məşqçi Karlosa sürpriz ediblər. Futbolçular Karlosun başında yumurta qırıb, un töküblər. Bir anda çaşqınlıq içində olan Karlos futbolçuların arasından qaçmağa çalışıb.
Maraqlı keçən təbrikləşmədə oyunçular da bir-birilərinin başına yumurta vurublar. Daha sonra isə meydana doğum günü tortu gətirilib.
Qeyd edək ki, əsl adı Silva Roşa olan Roberto Karlos - ulduz futbolçu və hazırkı baş məşqçi 1973-cü il aprelin 10-da Braziliyanın San-Paulu şəhərində dünyaya göz açıb.