Yaponiyanın “Yaskawa Electric Corporation” şirkəti yüzillik yubileyini qeyd edib. Bu münasibətlə şirkət katanadan istifadə etməyi bacaran məişət robotnun imkanlarını nümayiş etdirən video paylaşıblar.
Bu barədə The Independent qəzeti xəbər verir.
Robot, min zərbəni bu sınağı yerinə yetirmək üzrə dünya rekordu vuran, döyüş sənəti ustası İsao Matidən (Isao Machii) daha tez yerinə yetirib.
Robotun hərəkətləri düzgün yerinə yetirməsi üçün mühəndislər Matinin hərəkətlərini motion capture (hərəkətlərin saxlanılması) proqramı ilə təkrarlayıblar.