Royal Ascot – köhnə Britaniyanın simvolu və cıdır dünyasının ən məşhurudur. Bütün bunlarla yanaşı bu, həm də zərif qadın şlyapalarının sərgisidir.
Oxu.Az xəbər verir ki, beş gündən ibarət at yarışları həftəsinin hər günündə xanımlar yeni şlyapa taxmalıdırlar.
Xanımların ən ekstravaqant şlyapalarını isə dördüncü günə təsadüf edən və Royal Ascot-un ən məşhur gün olan Ladies’ Day adlanan gündə taxacaqlar.