İsrailin hərəkətlərinə biz müsbət yanaşa bilmərik. Yenə təkrarlamaq istəyirəm ki, uşaqları ən yaxşı öldürməyi bilən ölkə İsraildir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.
O qeyd edib ki, hazırda Fələstində yaşanan hadisələrə görə dünyanın vicdanı ağrımır:
“Çox təəssüf ki, heç bir dövlət İsraili qınamır, ona görə də adıçəkilən dövlət zülmlərini davam etdirir”.
Türkiyə hökumətinin başçısı İslam ölkələrinə də müraciət edib:
“Nə qədər ki, İslam dünyası İsrailə qarşı münasibətini ortaya qoymayıb, çətinliklər, İsrailin Fələstinə hücumu davam edəcək”.
Ərdoğan onu da bildirib ki, Türkiyə bundan sonra da İsraillə münasibətlərini normallaşdırmayacaq:
“İsrail bu anda terror törədir və soyqırımı edir”.