İsrail xarici işlər naziri Aviqdor Liberman HƏMAS-la atəşkəs şərtlərinin razılaşdırıldığı barədə məlumatı təkzib edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, A.Liberman məsələ ilə bağlı İsrail baş naziri ilə söhbət etdiyini bildirib.
“Atəşkəslə bağlı razılıq əldə olunmayıb. Hələlik atəşkəsdən çox uzağıq”, - deyə o vurğulayıb.
18:05
İsrail hakimiyyəti və HƏMAS silahlı qruplaşması atəşkəs barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə BBC-yə İsrail tərəfinin yüksək vəzifəli nümayəndəsi bildirib.
Kompromis Misirdə keçirilən danışıqlarda əldə edilib. Atəşkəs Qəzza bölgəsində yerli vaxtla səhər saat 6-da qüvvəyə minəcək (03:00 GMT).
Razılaşma haqqında Qəzzada humanitar səbəblərdən elan edilmiş beş saatlıq atəşkəs zamanı elan edilib. Amma İsrail bəyan edir ki, bu zaman ərzində Qəzzadan üç mərmi atılıb.
Daha öncə İsrail prezidenti Şimon Peres BBC-yə müsahibəsində bəyan edib ki, aviazərbə zamanı həlak olan dörd Fələstin uşağı üçün təəssüflənir.