HƏMAS artıq çoxsaylı “sürprizlər”ini təqdim edib, amma lazımi nəticə yoxdur. SAXAL qüvvəsini Qəzzada tətbiq etməyib.
HƏMAS-ın repertuarı oynanılıb və İsrailə gözəçarpacaq zərər dəyməyib.
SAXAL iyul ayının 8-dən başlayaraq öncədən aşkar edilmiş hərbi hədəflərə zərbələr endirməyə başlayıb, amma bununla yanaşı mümkün qədər təmkinli davranmağa çalışıb. SAXAL tədricən hərbi hərəkatın intensivliyini artırırdı. Onun məqsədi HƏMAS-a gərginliyin getdikcə artacağını göstərmək və onu davam etməyin lazım olub-olmadığı barədə düşünməyə vadar etmək idi.
HƏMAS “İslam cihadı”nın yardımı ilə SAXAL-ı sarsıtmağa çalışaraq İsrail mülki hədəflərinə qarşı öncədən hazırlanmış hücumlarını keçirmək istədi. Məhz bunun üçün ZİKİM-ə HƏMAS-ın “dəniz desantı” göndərilmişdi, eyni zamanda İsrailin mərkəzi – Təl-Əviv, Yerusəlim və Hadera atəşə tutulub.
HƏMAS eləcə də Kerem Şalomu yaradılmasına bir neçə ayın sərf olunduğu mürəkkəb tunellər sistemi ilə atəşə tutmağa çalışıb. Tunellər SAXAL tərəfindən partladılıb.
HƏMAS-ın mövqeyinin zəifliyinin göstəricisi onun nümayəndəsinin “Bulud sütunu” əməliyyatı nəticəsində əldə edilmiş razılığa qayıtmağı bəyan etməsi oldu.
HƏMAS-ın strategiyası “Dəmir günbəz” batareyaları sayəsində işləmədi. Məhz onlar HƏMAS-ın terror planını puç etdilər. Uzaq radiuslu raketlərin Qəzzada ehtiyatı çox güman ki, o qədər də böyük deyil. SAXAL-ın sərəncamında isə çoxsaylı “Dəmir günbəz” batareyaları var. Bundan başqa onların çoxu “ikinci nəsil batareyaları”dır.
Nəticədə HƏMAS-ın arxa cəbhədə ümid etdiyi isteriya yoxdur. Eyni zamanda xatırlamaq lazımdır ki, “Dəmir günbəz” 100 faizlik müdafiəni təmin etmir. Bir raketin yaşayış məntəqəsində düşməsi çoxsaylı insan tələfatına gətirib çıxarar və baş verənlərin təsviri kəskin şəkildə dəyişər. Bundan başqa HƏMAS-ın ehtiyatda bir neçə oyunu da var, məsələn, Haderaya qədər gedib çata bilən raket kimi. HƏMAS-ın sərəncamında 120 km məsafəlik raketin olduğu öncə məlum deyildi.
Bununla yanaşı SAXAL Qəzzanı raket arsenalından təmizləyir. Keçən gecə ərzində 98 raket şaxtası, eləcə də raket istehsalı üzrə gizli fabriklər məhv edilib.