Qəzzada İsrail ordusu quru əməliyyatlarına başlayandan sonra ilk itkisini verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, HƏMAS qruplaşmasının yaydığı açıqlamada bildirilənə görə, İsrail əsgəri snayperlə vurulub.
İsrail mətbuatı isə yazır ki, ordunun Qəzza sektorunda həyata keçirdiyi quru əməliyyatlarında bir əsgər ölüb, ikisi isə ağır yaralanıb.
HƏMAS bəyan edib ki, Qəzzanın şimalına İsrail ordusuna qarşı 10 ədəd raket atıb.
Qeyd edək ki, İsrail ordusu iyulun 7-də “Müdafiə xətti” adlı əməliyyatla başlayıb. İsrail quru əməliyyatlarına başlayandan sonra Qəzzada döyüşlər daha da qızışıb.
Daha öncə İsrail Misir prezidentinin atəşkəs təklifini qəbul edib. Lakin bu atəşkəs bir neçə saat davam edib. Ötən gün isə İsraillə HƏMAS arasında növbəti dəfə atəşkəs razılığının əldə olunması haqda xəbərlər yayılmışdı.