İsrail ordusunun birləşmələri iyulun 13-nə keçən gecə Qəzza bölgəsində quru əməliyyatlarına başlayıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumlarından sonra piyada qoşunları mühasirəyə alınmış bölgəyə daxil olmaq üçün start vəziyyətinə gətirilib və bəzi ərazilərdə sərhədi keçib.
Qəzzadakı Fələstin hökuməti Səhiyyə Nazirliyinin sözçüsü Eşref əl-Kudra bildirib ki, son hava zərbələrindən sonra ölənlərin sayı 163-ə çatıb. Yaralananların sayı 1085-i keçib. Təkcə məscidlərin birinə endirilmiş raket zərbəsi 15 fələstinlinin həyatına son qoyub.
Bu arada İngiltərənin xarici işlər naziri Vilyam Haque İsrailin xarici işlər naziri Aviqdor Liberman və Fələstin lideri Mahmud Abbasa zəng verib. İngiltərəli nazir hər iki tərəfi 2012-ci ilin noyabr ayında bağlanmış atəşkəs müqaviləsinə qayıtmağı və bu müqaviləyə riayət etməyi tövsiyə edib.