Ötən gecə saat 23:00-da Bakının Xəzər rayonu ərazisində qan su yerinə axıb.
Oxu.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dəmiryolu yaxınlığında baş verib.
İnsident nəticəsində 3 nəfərin qanı tökülüb. Belə ki, 34 yaşlı Tərlan Xudaquliyev, 28 yaşlı Yalçın Xudaquliyev və 22 yaşlı Ayaz Abdullayev bıçaqlanıblar. Hər 3 şəxs ağır halda xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisə mübahisə zamanı baş verib. Mübahisədə söyüş işlədilməsi nəticəsində tərəflər bıçağa əl atıblar.
Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.