Azərbaycanın toyuq əti və toyuq əti məhsulları bazarına yenicə daxil olan, son dərəcə təmiz və gigiyenik şəraitdə əl ilə kəsilən Halal “Mərcan” toyuqları Ramazan ayı boyunca hər həftənin cümə günü alıcılarına bayram payı hədiyyə edir.
Oxu.Az-ın məlumatına görə, ötən həftənin cümə günü aşağıda göstərilən alış-veriş nöqtələrində - “Favorit”, “Bizim”, Makro”, “Araz”, “Neptun”, “Ən ucuz market” supermarket şəbəkələrinin bir çox mağazaları, bununla yanaşı “Kosmos”, “Çinar”, “Premiummart”, “İstanbulcity”, “Sum”, “Abşeron”, “Megastore”, “Fəxri”, “Armi”, “Göyçay” marketlərində bir Mərcan məhsulu alanlara toyuq ətindən hazırlanmış polufabrikat hədiyyə olunub.
Aksiya zamanı alıcılar arasında sorğu keçirilib və respondentlər “Mərcanın” Ramazan aksiyasından məmnun olduqlarını bildiriblər. məhz alıcıların istəyinə görə bu gündən etibarən yarımfabrikatla yanaşı MƏrcan məhsulu alan hər kəsə toyuq içalatı da hədiyyə olunacaq.
Qeyd edək ki, aksiya yalnız Ramazan ayı boyunca həftənin cümə günü gerçəkləşdirilir. Alıcıları qane edən daha bir məqam Mərcan toyuqlarının su ilə deyil, hava ilə soyudulması və bu zaman təmiz çəkisini saxlamasıdır. Bu üsul Sizə Mərcan toyuqlarını alarkən pulunuzu buza dönmüş suya deyil, xalis çəkiyə xərcləmənizə səbəb olur.
Bununla yanaşı, Mərcan toyuqlarını dadmaq istəyən hər kəs 21-25 iyul 2014-cü il tarixlərində “Garant Holdinq iftar süfrəsinə dəvət edir” adlı aksiyaya qoşula bilər. Aksiya 5 gün ərzində şəhərin bir neçə mərkəzi nöqtəsində keçiriləcək. Gəlin, iftarımızı birlikdə açaq! Daha ətraflı məlumat üçün facebook səhifəmizə müraciət edin: https://www.facebook.com/