Azərbaycanın toyuq əti və toyuq əti məhsulları bazarına yenicə daxil olan “Mərcan” toyuqları az zaman ərzində alıcıların yüksək rəğbətini qazanmağa müvəffəq olub.
Oxu.Az xəbər verir ki, hər cümə günü şəhərin marketlərindən Mərcan toyuq məhsulu alanlara toyuq ətindən hazırlanmış yarımfabrikat hədiyyə olunacaq.
Son dərəcə təmiz və gigiyenik şəraitdə əl ilə kəsilən Mərcan toyuqları “Halal kəsim” prinsiplərinə tam olaraq riayət edir.
Ramazan ayı boyunca hər həftənin cümə günü aşağıda göstərilən marketlərdə bir Mərcan məhsulu alıb, üzərində hədiyyə payınızı götürməyi unutmayın: “Favorit”, “Bizim”, Makro”, “Araz”, “Neptun”, “Ən ucuz market” supermarket şəbəkələrinin bir çox mağazaları, bununla yanaşı “Kosmos”, “Çinar”, “Premiummart”, “İstanbulcity”, “Sum”, “Abşeron”, “Megastore”, “Fəxri”, “Armi”, “Göyçay”. Mərcan toyuqlarının ən son, Azərbaycanda analoqu olmayan texnologiya ilə istehsalı, ətin təzəliyi və vitaminlərinin qorunub saxlanması onun dadına da müstəsna təsir göstərir.
40-a yaxın çeşiddə alıcılara təqdim olunan Mərcan toyuqlarını həm bütöv, həm doğranmış, həm soyudulmuş, həm də dondurulmuş şəkildə şəhərin bir çox iri supermarket şəbəkələrində görmək mümkündür.
Eyni zamanda Mərcan kənd toyuqları əsl kənd toyuğunun ənənəvi dadını axtaranlar üçün əvəzedilməzdir. Sizi halal, dadlı, faydalı toyuq əti ilə təmin edən Mərcan cibinizə artıq ziyan vurmadan süfrənizə gəlir. Belə ki, su ilə deyil, hava ilə soyudulan Mərcan toyuqlarını alarkən siz pulunuzu buza dönmüş suya deyil, xalis çəkiyə xərcləyirsiniz.
Mərcan toyuqlarının harda, necə və hansı şəraitdə istehsal olunduğunu öz gözləriylə görmək istəyənlər yaxın zamanda “Açıq qapı” günlərində iştirak edə biləcək.