Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Ermənilərə əsir düşən azərbaycanlının qardaşı danışdı](https://images.oxu.az/2014/07/11/14/32/30/303/qardasi_danisdi:1200.jpg)
Ermənilərə əsir düşən azərbaycanlının qardaşı danışdı
Ermənistan silahlı qüvvələrinə əsir düşən Tərtərin Qapanlı kənd sakini 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlunun əvvəllər də bir neçə dəfə işğal altındakı torpaqlara getdiyi bildirilir. Bir müddət əvvəl Şahbaz Quliyev Kəlbəcərə gedərək orada video çəkilişlər aparıb.
Oxu.Az-ın məlumatına görə, Ş.Quliyevin böyük qardaşı İlham Quliyev Teleqraf.com-a bildirib ki, onun əsir düşməsindən xəbərsizdir. Sumqayıtda yaşayan İ.Quliyev qardaşının hərbçi olmadığını deyib:
“O, daha əvvəl də Kəlbəcərə gedib. Neçə dəfə demişik ki, həyatını təhlükəyə atma. Xeyri olmadı. Çox narahatıq”.
İ.Quliyev həmçinin bildirdi ki, əsir düşən qardaşı ailəlidir, bir qızı var:
“İyunun 18-dən sonra ondan xəbərimiz yoxdur. O, Qarabağa tək getmirdi”.