Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Ermənilər azərbaycanlını əsir götürdüklərini açıqladılar – FOTO](https://images.oxu.az/2014/07/11/12/50/05/305/ermeni:1200.jpg)
Ermənilər azərbaycanlını əsir götürdüklərini açıqladılar – FOTO
Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb.
Oxu.Az-ın News.am-a istinadən verdiyi məlumata görə, girov götürülmüş şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir.
Erməni mediası girov götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Ş.Quliyevin mülki geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir.
Azərbaycan Müdafiə Nazirliyi isə məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ
- "MyGroup Holding": "Dövlətimizə və vətənimizə sevgi inancımızın bir hissəsidir"
- Ermənistanla sərhəddə görüş keçirildi, razılıq əldə edildi
- Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib
- "Haber Global": "Azərbaycan Avropa İttifaqının 10 ölkəsinə qaz tədarük edən enerji ölkəsidir"