Rusiyada ağır yol qəzası baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Başqırdıstanın paytaxtı Ufa şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, paytaxtın Ufa rayonunda, Avdon-Podımalovo avtomobil yolunun 9-cu kilometrliyində "Nissan" markalı avtomobillə "VAZ -2112" markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində 5 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, qəzaya səbəb "Nissan"ın sürücüsünün idarəetməni itirməsi və qarşıdan gələn avtomobilin yoluna çıxması olub.
E.Ə.
www.oxu.az