Rusiyanın Xabarovsk vilayətinin yaxınlığında pələng Rusiya-Çin sərhədini qoruyan iti parçalayıb.
Xidməti it Xabarovsk diyarının Kazakeviçevo kəndindəki zastavada olub. Yırtıcının yaxınlıqda olmasını hiss edən dördayaqlı mühafizəçi hürüb və olduğu yeri tərk edib.
Pələng üç sıçrayışda itə çatıb. Bundan sonra o, itin boynundan tutaraq ovunu meşəyə aparıb.
Hər şey o qədər tez baş verib ki, sərhədçilər itin köməyinə çata bilməyiblər.
Rusiyada pələng sərhədi qoruyan iti parçalayıb - VİDEO
Mənbə: “Mash” “Telegram” kanalı