Rusiyalı məşhurlar da “saqqallı qadın” Konçitanın mövzusuna toxunmadan qıraq gəzə bilməyiblər.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Avstriyalı saqqallı gözəl K.Vurst “Eurovision 2014” mahnı müsabiqəsinin qalibi olandan sonra Rusiya cəmiyyəti iki hissəyə bölünüb.
Sosial şəbəkənin aktiv istifadəçiləri olan məşhurlar iki üslubda olan flaşmob hazırlayıblar. Qadın sənətçilər, aparıcı və aktrisalar özlərinə saqqal çəkərək kamera qarşısına keçiblər. Onlar bu addımı Konçitaya dəstək olmaq üçün etdiklərini deyiblər. Kişilər isə tərsinə, Konçitaya olan nifrətlərini göstərmək üçün saqqallarını qırxaraq şəkil çəkdirib sosial şəbəkədə paylaşıblar.
Kişilər tərəfindən yaradılan flaşmob “sübut et ki, sən Konçita deyilsən” adlandırılıb. Aksiyaya Rusiyanın məşhur simaları qatılıblar, onların sırasında jurnalist-aparıcı Andrey Malaxov, “Diskoteka avariya” qrupunun solisti olan Nikolay Timofeyev və digərləri olub.