Bakıda Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 8-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə “Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan məlumatda qeyd edilib.
“Qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək. Küçənin digər hissələrində hərəkət açıq olacaq. Həmin küçədə sıxlığın yaranmaması üçün sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur”, -deyə məlumatda bildirilib.
A.S.
www.oxu.az