İyunun 26-da Şahdağda “Graffiti festival”ı keçirilib.
Oxu.Az xəbər verir ki, şəhər mədəniyyətinin nümunəsi hesab edilən qraffiti ilk dəfə ənənəvi şəhər sərhədlərindən çıxaraq regionda nümayiş etdirilib.
Rəssamlar hündürlüyü təxminən dörd metrə bərabər beton lövhə üzərində ekstremal idman növlərinə həsr olunmuş qraffiti çəkiblər.
Bu prosesi izləyən qonaqların rəssamlara suallar vermə imkanının yaradılması isə festivalda çox səmimi atmosferin yaranmasına səbəb olub.
Festivalın qonaqları müxtəlif rəqs növləri üzrə yarışmanın şahidi olublar. Amma əyləncə bununla bitməyib, bitboks və rep ustalarının çıxışı, BMX şou və skeytbordçuların məharəti, sözün əsl mənasında, qonaqları heyran edib.
Səbinə Səmidxan
www.oxu.az