Sosial şəbəkələrdə yumorist videoları ilə tanınan Səbuhi Xanlarovun bahalı avtomobilinin fotoları yayılıb.
Oxu.Az Avtolent.az-a istinadən xəbər verir ki, yumoristin ilk avtomobili “Mercedes-240” olub.
Bundan başqa o, “Toyota Prado”, “Volvo”, “Mitsubishi”, “Mercedes ML”, “Mercedes CL”, “Hyundai Sonata” avtomobillərini idarə edib.
Hazırda S.Xanlarovun 3 avtomobili - “Hyundai Santafe”, “BMW 650” və “Gallenvagen”i var.
S.Xanlarov bahalı avtomobilləri dostlarının köməkliyi ilə əldə etdiyini deyib.
E.Ə.
www.oxu.az