Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Gülbala Şıxbalaoğlu küçəsində qeydə alınıb.
Qəza nəticəsində yolu keçmək istəyən 1942-ci il təvəllüdlü Şirvan sakini Hüseynova Xanımgül 1974-cü il təvəllüdlü Həsənov Natiq tərəfindən idarə olunan “QAZ-24” markalı avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma başlayıb.
S.B.
www.oxu.az