Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Süni intellekt pişiklərin dilini başa düşməyə imkan verəcək
Süni intellekt insanlara pişikləri anlamağa kömək edəcək.
Bu barədə Oxu.Az "South China Morning Post" nəşrinə istinadla xəbər verir.
Çinin "Baidu" şirkətinin təqdim etdiyi patentin reallaşdırılması halında pişiklərin dilini insan dilinə çevirmək mümkün olacaq.
Yeni texnologiya heyvanın səsini, davranışını, bədən dilini və biosiqnallarını təhlil edəcək.
Sonra bu məlumatlar süni intellekt tərəfindən işlənəcək. Bunun əsasında pişiyin emosional vəziyyəti müəyyənləşdirilərək insan dilinə çevriləcək.
Beləliklə heyvanı başa düşmək, eləcə də onun səhhətini izləmək mümkün olacaq.
Sözügedən texnologiyanın yaradılması prosesi beş ilə qədər çəkə bilər.
"Süni intellekt" teqi üzrə xəbərlər
- Süni intellekt 3D modellərdə teksturanı "hiss etməyi" öyrəndi
- "ChatGPT"nin inanmayacağımız funksiyaları gəlir: Rəhbər Sem Altman açıqladı
- Səudiyyə Ərəbistanında süni intellektli həkim işə başladı
- Suvarmada süni intellektin rolu: "Lindsay" və "4S LLC" gələcəyin sistemlərini təqdim etdi
- Süni intellekt diplomatiyada: Trampın jesti necə dəyişdirildi?