Ankarada iki maşın sürücüsü arasında başlayan mübahisə davaya çevrilib.
Oxu.Az Strategiya.az-a istinadən xəbər verir ki, dava, paytaxtın ən işlək yerlərindən Anadolu Bulvarında meydana gəlib.
Mübahisənin davaya çevrilməsi üzərinə sürücülərdən biri maşının baqajından beysbol çubuğunu çıxardaraq digər maşındakı iki adama hücuma cəhd edib. Polis və vətəndaşlar dava edənləri çətinliklə ayırıb.