Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sürücülərin diqqətinə: Üç günə üç mindən çox sürücü cərimə olunub – VİDEO
Yol polisi avtomobilini sığorta etdirməyən üç mindən çox sürücüyə protokol yazıb. Bəs avtomobilin icbari sığortasının olub olmadığını və ya müddətinin başa çatmasını necə müəyyən etmək olar? Bütün bu məsələlərə Baş Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirib.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, iyunun 7-dən indiyə kimi 3266 sürücü cərimələnib.
Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər - fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddət ərzində müqavilə bağlanmazsa avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.
S.B.
www.oxu.az
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalandı
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs veriblər
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ