Tanınmış rumın supermodel Tatyana Marinesku İstanbulda yaşamağa başlayıb. O, Türkiyə paytaxtına köçdüyünü və bundan sonra Türkiyədə işləyəcəyini bildirib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “Altındağlı” və “Boynu bükükler” teleseriallarına çəkilərək aktrisalıq karyerasına başlamış T.Marinesku İstanbulun Arnavutköy səmtində 250 min dollara apartament alıb.
Onun sözlərinə görə, İslam barədə kitablar oxuyur.
“İslamı qəbul etməyə, müsəlman olmağa hazırlaşıram. Müsəlman olandan sonra adımı “Mələk" qoyacağam”, - T.Marinesku deyib.