Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tarixin ən bahalı boşanmaları – SİYAHI
Bir zamanlar hər nə qədər xoşbəxt başlasalar da, bəzi evliliklər sürətli şəklidə, heç nə yaşanmamış kimi bitir. Hətta ayrılıqların bəzən milyonlara, milyardlara başa gəldiyi də olur.
Oxu.Az Publika.az-a istinadən dünyanın ən bahalı boşanma iddialarını təqdim edirik.
Tiger Uoods - Elin Nordegren: 100 milyon dollar
Dünyanın ən zəngin idmançısı olan Uoods 6 il evli qaldığı həyat yoldaşından 2010-cu ildə 100 milyon dollar ödəyərək boşanıb.
Greg Norman - Laura Andrassy: 103 milyon dollar
Avstraliyalı professional golfçu Greg Norman 25 illik arvadından 2006-cı ildə boşanarkən 103 milyon dollar ödəyib.
Çarles Edgar Fipke - Marlene Fipke: 123 milyon dollar
Almaz mədən sənayesində ən zəngin iş adamlarından olan Çarles Fipke boşanarkən həyat yoldaşına 123 milyon dollar qoyub.
Garz Brooks - Sandy Mahl: 125 milyon dollar
Amerikalı müğənni Garz Brooks 1986-cı ildə evləndiyi həyat yoldaşından 2000-cı ildə boşanan zaman 125 milyon dollar ödəyib. Cütlüyün 2 uşağı var.
Frank McCourt - Jamie McCourt: 130 milyon dollar
Amerikalı iş adamı Frank McCourta həyat yoldaşından ayrılmaq 130 milyon dollara başa gəlib. 30 il evli qalan cütlük 2009-cu ildə boşanıb.
Neil Diamond - Marcia Murphey: 150 milyon dollar
Neil Diamond 26 il evli qaldığı prodüser assistenti olan həyat yoldaşından 150 milyon dollar qarşılığında boşanıb.
Samazur Li Kin-qan - Florence Tsang Chiu-uing: 154 milyon dollar
Hong Kongun əmlak kralı Samazur Li Kin-qan 2008-ci ildə boşanıb. Kin-qan buna görə yoldaşına 154 milyon dollar ödəməli olub.
Boris Berezovski - Qalina Beşarova: 160 milyon dollar
Rusiyanın ən böyük oliqarxlarından olan Boris Berezovski həyat yoldaşından 2010-cu ildə, 160 milyon dollar qarşılığında boşanıb. Qeyd edək ki, rus milyarder 2013-cü ildə evində ölü tapılıb.
Mişel Cordan - Cuanita Cordan: 168 milyon dollar
Bütün zamanların ən yaxşı basketbolçusu olaraq qəbul edilən Mişel Cordan 1989-cu ildə evləndiyi həyat yoldaşından 168 milyon dollar ödəyərək boşanıb. Cordan cütlüyünün üç uşağı var.
Mişel Polski - Maya Polski: 184 milyon dollar
ABŞ-a gəldikdən sonra enerji sahəsində ən böyük iş adamına çevrilən 57 yaşlındakı Mişel Polski 2007-ci ildə boşandığı həyat yoldaşına 184 milyon dollar ödəyib.
Roman Abramoviç - İrina Abramoviç: 300 milyon dollar
Futbol klubu “Çelsi”nin sahibi Rusiyalı iş adamı Roman Abramoviç 16 illik həyat yoldaşından və 5 uşağının anası İrinadan 2007-ci ildə, 300 milyon dollar ödəyərək boşanıb.
Robert Conson - Şeila Crump: 400 milyon dollar
33 il evli qalan cütlük 2002-ci ildə boşanıb. Bu boşanmanın əvəzi isə tam 400 milyon dollar olub.
Mel Qibson - Robin Moore Qibson: 425 milyon dollar
31 il evli qaldığı həyat yoldaşından 2012-ci ildə boşanan məşhur aktyor Mel Qibson o dövrdəki sərvətinin az qala yarısından olub. O, həyat yoldaşına 425 milyon dollar ödəməklə subaylaşlıb.
Craig McCau - Wendy McCau: 460 milyon dollar
Seattledə telekommunikasiya nəhəngi olan Craig Mccau 1997-ci ildə 460 milyon dollar ödəyib boşanıb.
Steve Uynn - Elaine Paskal: 740 milyon dollar
Las Veqasda kazino kralı olan Steve Uynn 2010-cu ildə boşanarkən arvadına 740 milyon dollar ödəyib.
Adnan Khaşoggi - Soraya Khaşoggi: 850 milyon dollar
11 Sentyabr hücumlarından sonra hesabı dondurulan Səudiyyə ərəbistanlı silah taciri Adnan Khaşoggi boşanarkən arvadına 850 milyon dollar ödəyib.
Bernie Ecclestone - Slavı: 1.2 milyard dollar
“Formula 1” sahibi Bernie Ecclestone Slavıdan boşanmaq üçün 1.2 milyard dollar təzminat ödəmək məcburiyyətində qalıb.
Rupert Murdoç - Anna Murdoç: 1.7 milyard dollar
Avstraliyalı media rəhbəri Rupert Murdoç yoldaşı Annadan boşanmaq üçün 1.7 milyard dollar təzminat ödəyib. Murdoç cütlüyü 32 il evli olub. 1999-cu ildəki boşanmadan 17 gün sonra Rupert Murdoç, Uendi Tayla evlənib.
Alec Uildenstein - Cocelyn Uildenstein: 2.5 milyard dollar
Fransız iş adamı Alec Uildenstein arvadı Cocelyndən 1997-ci ildə, 2.5 milyard dollar ödəyərək boşanıb.
Dmitri Rıbolovlyov - Elena Rubolovlyova: 4.5 milyard dollar
Gübrə kralı kimi tanınan rus milyarderi Dmitri Rıbolovlyov arvadından boşanmaq üçün təzminat kimi 4.5 milyard dollar ödəyib. Bildirək ki, o, “Forbes”in 2014-cü il üzrə ən zəngin iş adamlarının siyahısında 144-cü sırada yer alır.
"Avstraliya" teqi üzrə xəbərlər
- Timsahlar Olimpiada yarışlarına mane ola bilər
- ABŞ və Avstraliya kəşfiyyatı Kennediyə qarşı sui-qəsdlə bağlı faktları gizlətməyə çalışıb
- Avstraliyada çimərlikdə müəmmalı köpük 100-dən çox insanın xəstələnməsinə səbəb oldu
- Avstraliyalı dünya çempionunun onurğası Gürcüstanda keçirilən yarış zamanı sınıb
- Avstraliyada uşaqlar ilandan oyun üçün istifadə ediblər