Tesla Model X krossoveri ilə Lamborghini Aventador SV Palm Beach İnternation Raceway yarışması çərçivəsində yarış ediblər.
Oxu.Az xarici mətbuata istinadən məlumat verir ki, İlon Maskın elektrokarı kiçik fərqlə idman maşınını qabaqlayıb. Elektrokar 190 km/s sürət ilə 400 metrlik məsafəni 11,4 saniyəyə qət edərək dünyanın ən sürətli krossoveri olub. Lamborghini Avendator SV rəqibindən 0,5 saniyə geri qalıb.
Maraqlısı odur ki, Model X – qiyməti 165 min dollar olan adi ailə avtomobilidir, Lamborghini isə 530 min dollar dəyəri olan idman maşınıdır.
E.C.
www.oxu.az