Tovuzda sərxoş piyadanı avtomoibl vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində, Sabir küçəsində qeydə alınıb. Rayon sakini 1993-cü il təvəllüdlü Röyal Namazov yaxınlıqdakıların köməyi ilə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
R. Namazovun hansı şəraitdə və hansı avtomobillə vurulduğu hələki, məlum deyil. Piyadanın ağır dərəcəli sərxoş olduğu bidlirilir.
Faktla bağlı Tovuz rayon Polsi Şöbəsində araşdırma aparılır.